İri ticarət mərkəzlərinin fəaliyyətini dayandırması vətəndaşları narazı salıb

14:06 10.09.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Aşura günündə paytaxtın bəzi yerlərində ticarət obyektləri, xüsusilə də gündəlik ərzaq məhsullarının satışı ilə məşğul olan ticarət marketləri işləmədi. Bu vəziyyət bir çox yerlərdə vətəndaşların narazılığına səbəb olub. Analoji vəziyyətlə Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində də rastlaşdıq.

Burada yerli sakinlərin hər gün üz tutduğu 2 saylı Döğum evinin qarşı tərəfində yerləşən “İL Mart” adlanan böyük mağaza da fəaliyyətini dayandırıb. Ətraf ərazilərdə yaşayan sakinlər gündəlik lazım olan ərzaq məhsullarını məhz bu ünvandan alırlar. Lakin aşura ilə əlaqədar səhər saat 8-dən mağaza işləmir. Sakinlər isə narazılıq edirlər. 

Günorta saatlarının olmasına baxmayaraq adıçəkilən marketin qapısı açıq olsa da fəaliyyət göstərmir. Əli boş qayıdan müştərilər bizimlə söhbətində bildirdilər ki, bu cür iri ticarət obyektlərinin qəflətən fəaliyyətini dayandırması doğru deyil. Ən azından bir gün əvvəldən belə bir halın baş verəcəyi xəbərdarlığı edilməli idi: "Məcburiq uzaq yolu gedib başqa yerdən çörəyimizi alaq, bazarlığımızı edək”.