Həcc və Ümrə ziyarətinə getmək istəyənlərin nəzərinə

11:12 14.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı hökuməti müqəddəs torpaqlara Həcc və Ümrə ziyarətinə gəlmək istəyən zəvvərları yaxından maraqlandıran qərar verib.

Hafta.az yazır ki, Krallığın Həcc Nazirliyinin qərarına əsasən son üç il ərzində bir dəfədən artıq Məkkə və Mədinəyə səfər etmiş zəvvarlardan tələb edilən 2 min Səudiyyə rialı məbləğində viza rüsumu bundan sonra alınmayacaq. 

Nazirlikdən o da qeyd edilib ki, amma növbəti Ümrə ziyarəti dövründən başlayaraq hər bir zəvvar müqəddəs torpaqlara getmək üçün 300 Səudiyyə rialı viza rüsumu ödəməli olacaq. 

Sosial rubrikasından digər xəbərlər