"Bir neçə gündən sonra yeni liftlərin quraşdırlımasına başlanılacaq" - Açıqlama

11:10 03.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı müvafiq sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və onun strukturuna daxıl olan “Lifttəmir” İstehsalat Birliyi tərəfindən müvafiq hazırıq işləri görülməsi ilə bağlı məlumat verilmişdi.

Hafta.az–a açıqlama verən  Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov dedi ki, liftlərin quraşdırlıması prosesi üçün bir neçə gün gözləməli olacağıq:

“Bir qrup lif artıq gəlib. İndi onların quraşdırılması işlərinə yaxın günlərdə başlanılacaq. Yeni gələn liftlər, köhnə liftlərdən fərqli olaraq genişdir. Almaniya istehsalı olan liftlərdir”.

Qeyd edək ki, Prezidentin müvafiq sərəncamı ilə Azərbaycanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 40 milyon manat rayon icra hakimiyyətlərinə ayrılıb.