İngilis sərnişin avtobusdan tualet kimi yararlandı- Günün təzadları-

19:03 19.09.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İngiltərədə sərnişin avtobusda biabırçı hərəkət etdi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki, ortayaşlı şəxs avtobusun oturacağından tualet kimi istifadə edib. Hadisə İngiltərənin cənub-şərqində Stroor dayanacağı yaxınlarında gecə saat 23:34-də olub. Sərnişin avtobusda fizioloji ehtiyaclarını ödəyib və bu, ətrafdakılarda şok yaradıb. Sərnişindaşıma şirkəti bu biabırçı hadisənin görüntülərini yayımlayıb və xüsusi açıqlama ilə çıxış edib. Açıqlamada deyilir: "Üzünüzü hər kəsə göstərmək qərarını verdik, siz utanmalısınız. Ümid edirik, biri çıxıb adınızı verər və bu biabırçı olayla bağlı daha ciddi tədbirlər görərik”.

 

Azərbaycanlı həkim 10 il pasiyentin boynunda qalmış iynəni çıxardı

Azərbaycan otorinolarinqoloqu, qulaq-burun-boğaz və baş-boyun cərrahı, uzman doktor Elnur Əkbərov unikal əməliyyat reallaşdırdı. Hafta.az  bu haqda “Report”a istinadla xəbər verir.  Cərrah on il öncə damaq badamcıqlarının çıxarılması, yəni tonzillektomiya əməliyyatı zamanı xanım pasiyentin boyun nahiyəsində qalmış, uzunluğu 2 sm. olan iynənin fraqmentini xaric edib. Həmin pasiyent açıqlamasında 2009-cu ildə keçirilən əməliyyat nəticəsində sağlamlığında problem yarandığını bildirib: “Həkimə müraciət elədim, boğaz ağrıları ilə bağlı mənə tonzillektomiya əməliyyatı məsləhət görüldü. Noyabrın 9-da əməliyyat olundum, amma ağrıların heç biri keçmədi. Uzun müddət sağalmadığımı görüb dəfələrlə həkimə müraciət etmişəm. Sonra boğazımda iynə qaldığı aşkar olunub. 2009-2019-cu illərdə bir çox həkim axtarışında olduq, bir çoxu bunu boynuna götürmədi. Türkiyəyə, İsrailə də müraciət elədik, qeyri-mümkün kimi göstərdilər, ağır əməliyyat olduğunu dedilər. Nəhayət, 2019-cu ildə Elnur doktoru tapdıq. 2019-cu il avqustun 3-də əməliyyat oldum və bu gün artıq bir aydan çoxdur özümü çox yaxşı, rahat hiss edirəm”.

 

Deputatın avtomobili yanında partlayış törədildi

Somalidə deputatın avtomobili yaxınlığında partlayış törədildi. Hafta.az-ın yazdığına görə, "Report" xəbər verir ki, bu barədə yerli "Garowe Online" nəşri məlumat yayıb. Məlumata görə, hadisə paytaxt Moqadişoda, deputat Əbdülqadir Arabounun avtomobili yaxınlığında baş verib. Partlayış zamanı deputatın sürücüsü və cangüdəni həlak olub. Bildirilir ki, deputat özü hadisə zamanı xəsarət almayıb. “DPA” agentliyinin məlumatına görə, partlayış zamanı 4 nəfər həlak olub, daha 7 nəfər yaralanıb.

 

“Atəşgah” Sığorta şirkətinin avtomobili qəzaya düşdü və...

Sumqayıtda "Atəşgah" Sığorta şirkətinin maşını qəzaya düşdü və 2 nəfər öldü. Hafta.az xəbər verir ki, “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, iki avtomobil "Hyundai-İX35" və "Mercedes"in toqquşub. Qəza zamanı zərbənin gücündən "Mercedes" aşıb və qəfildən yanmağa başlayıb. Bu zaman avtomobildə yaralı vəziyyətdə olan 2 nəfər avtomobili tərk edə bilmədikləri üçün yanaraq kül olublar. Digər minik avtomobilində olan şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır

 

Goranboyda maşın qəzası 1000-ə yaxın ailəni qazsız qoydu

Goranboy rayonunun Balakürd kəndində bir nəfərin ölümü ilə nəticələnən qəzada minik avtomobili idarəetməni itirərək yolun kənarındakı diametri 219 mm olan ortatəzyiqli qaz kəmərinə çırpıldı. Hafta.az yazır ki, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Musavat.com-a verilən məlumata görə, qaz kəməri iki yerdən qırılıb. Nəticədə 3 yaşayış məntəqəsində 1000-dən çox abonentin qaz təminatı dayandırılıb. Qeyd edək ki, avtomobilin idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində bir qadın hadisə yerində ölüb, bir kişi isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Azərbaycanlı plastik cərrah həbs edildi

38 yaşlı azərbaycanlı plastik cərrah Elnarə Məmmədova Türkiyədə polis tərəfindən saxlanıldı. Hafta.az xəbər verir ki, bu haqda Oxu.az məlumat yayıb. Hakkari Dövlət Xəstəxanasında işləyən E.Məmmədova rüşvət almaqda ittiham edilir. Məlumatlara görə, 2017-ci ildən bu xəstəxanada plastik cərrahiyə ilə məşğul olan qadın səkkiz xəstəxandan müxtəlif məbləğlərdə pul tələb edib. E.Məmmədova haqqında araşdırma başlanılıb. Qeyd edilib ki, E.Məmmədova xəstələrin birindən 1500 türk lirəsi (təxminən 450 AZN - red.) alarkən ələ keçib.