“Fərq etməz Lökbatanda batmaq, yaxud İstiqlal küçəsində…” – Elməddin Behbud

11:11 09.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

«Əvvəl elan etdilər ki, piket keçirəcəyik. Sonra dedilər qanunvericilikdə göstərilən 50 nəfərlik say məhdudiyyəti bizə aid deyil, aksiyaya nə qədər istəsək o sayda da adam çıxaracağıq. Ardınca cəbhənin ən "məşhur" funksioneri olan Fuad Qəhrəmanlı canlı yayımda bildirdi ki, biz yürüş edirik”.

Hafta.az xəbər verir ki, bunu Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud Milli Şuranın 8 oktyabrda Bakı meriyası ilə razılaşdırılmış mitinqinə münasibət bildirərkən deyib. DANİB sədrinin sözlərinə görə, asayiş keşikçiləri təxribatın müxtəlif formalarından istifadə edən piketçilərə səbr və təmkinlə yanaşaraq onları qanuna riayət etməyə çağırırdı: “Aksiyaçılar tədbirləri bitər-bitməz sevdikləri işi davam etdirməyə, monitor arxasından ətrafa söyüş və təhqirdən ibarət çirkab səpələməyə başladılar. Bütün bunlar bu adamların özlərini və adını çəkib bağırdıqları siyasi tələbləri daha bir ünvanda batırdıqlarını göstərdi. Fərq etməz Lökbatanda batmaq, yaxud İstiqlal küçəsində...”.

Qeyd edək ki, oktyabrın 8-də Demokratik Qüvvələrin Milli Şurası Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi ilə 50 nəfərlik piket keçirib.

Siyasət rubrikasından digər xəbərlər