İran tankerinə hücumdan sonra neft qiymətləri artıb

23:25 11.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qırmızı dənizdə İran tankerinə hücumdan sonra neft qiymətləri artıb.

Dünya bazarlarında neft qiymətləri 2 faiz yüksəlib.

Belə ki, "Brent" markalı neftin qiyməti 2,3 faiz artaraq 60 dollar/barel, "Light" markalı neftin qiyməti isə 2,1 faiz artaraq 54,7 dollar/barel təşkil edib.

Qeyd edək ki, İrana məxsus tanker Qırmızı dənizdə hücuma məruz qalıb. Hücumdan sonra gəminin göyərtəsində yanğın başlayıb və neft dənizə axıb. Hücumun təfərrüatları barədə məlumat verilməyib.

Oxunma sayı 65