İtaliyanın ölkəmizdəki səfiri Augusto Massari "Nar vadisi"ndə

14:12 14.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın ölkəmizdəki səfiri Augusto Massari "Nar vadisi"ni ziyarət etmək üçün Hacıqabul rayonunun Meyniman kəndinə səfər edib.

Hafta.az yazır ki, səfir Augusto Massari BMT-nin İnkişaf Proqramı (BMTİP), eko-aqroturizmin inkişafı üzrə Azərbaycan Milli Agentliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin töhfəsi ilə "Red valley" şirkəti tərəfindən hazırlanan layihə olan "Nar vadisi"ni ziyarət edib.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən eko-aqroturizmin inkişafı üzrə Azərbaycan Milli Agentliyi bu sektoru İtaliyanın kənd təsərrüfatı modellərinə əsasən inkişaf etdirmək niyyətindədir. Meyniman kəndində səfir Augusto Massari və agentliyin direktoru Leyla Məmmədova BMTİP-nin daimi nümayəndəsi ilə birlikdə İtaliya aəfirliyi tərəfindən hazırlanan “beyond oil&gas” proqramı çərçivəsində bu sahədə Azərbaycanla İtaliya arasında gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Qeyd edək ki, Meyniman kəndində həyata keçirilən təşəbbüs Azərbaycan hökumətinin həyata keçirdiyi "şəhərdən kəndə" adlı daha geniş proqramının tərkib hissəsidir.