Yasamal rayonunda binaların damındakı su çənləri götürülür - FOTO

11:35 16.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində binaların damında quraşdırılan su çənləri götürülüb.

Hafta.az xəbər verir ki, sakinlərin dediyinə görə, Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları sözügedən ünvanda yerləşən beşmərtəbəli binaların damında quraşdırılan su çənlərini xəbərsiz gəlib texnika vasitəsi ilə götürüblər. 

Sakinlər deyir ki, bu çənlərə hələki ehtiyac yoxdur. Ancaq su birdən kəsilərsə ehtiyac ola bilər:

"Həm də bizə xəbərdarlıq edərdilər. Qapımızı döyərdilər. Əgər Blokda kağıza nəsə yazıb vurublarsa, burada elə elanlar, xəbərdarlıqlar çoxdur. Mən evimə gələndə bir saat vaxt edib orada vurulan bütün kağız parçalarını oxumalı deyiləm. Onsuz bu çənləri aprıb satacaqlar. Mən də bunu özüm sata bilərdim, vaxtında 450 manat pul vermişəm. Mənim əmlakdımdırsa, niyə onlar xəbərsiz götürsünlər?".

Həmin ərazidə iş aparanlar isə, üç gün öncə xəbərdarlıq etdiklərini deyirlər. 

 

Sosial rubrikasından digər xəbərlər