Bakıda və Abşeronda dağıdıcı təkanlar gözlənilmir - Qurban Yetirmişli

15:22 21.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

İstanbulda bir müddət əvvəl qeydə alınan güclü təkanlar Bakida da zəlzələ olacağı ilə bağlı müzakirələrə yol açıb. Sosial şəbəkələrdə bu məsələ fəal şəkildə müzakirə edilir. 

"Katastrofik dağıdıcı təkanlar gözlənilmir". Bunu hafta.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli dedi.

Onun sözlərinə görə, Azərbaycanda elə gün yoxdur ki, 10-15 dəfə təkanlar olmasın. Bu təkanlar həmişə var:  “Onların içərisində hiss olunanı da var, olmayanı da. Məsələn, bu gün Xəzər dənizində zəlzələ olub, amma, heç hiss olunmayacaq dərəcədə. Yaxın günlər üçün Abşeronda belə təkanı gözləmirik".

(Qurban Yetirmişli əlavə etdi ki, uzun illərin tədqiqatı göstərir ki, güclü təkanlar Abşeronun quru ərazisində yox, Xəzərdə baş verib: "Xəzərin cənub, cənub-şərq, şimal, orta hissədə zəlzələ ocaqları var və təkanlar da olub”.