“Radikal Milli Şura Türkiyəni də satdı” – Cavid Osmanov

13:41 02.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Bu günlərdə özlərini Demokratik Qüvvələrin Milli Şurası kimi təqdim edən radikal müxalifət, daha doğrusu, AXCP sədri Əli Kərimli Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Mitinq keçirməklə bağlı icazə istəmişdi. Bakı Şəhər İcra Hakimiyyəti də qanuna müvafiq qaydada növbəti dəfə onlara qanunla müəyyənləşmiş qaydada “Neftçi” İdman Sağlamlıq Mərkəzinin təlim-məşq bazasında mitinq keçirməklə bağlı icazə vermişdi. Baxmayaraq ki, mitinqə icazə verilib və yer müəyyən olunub. Amma Milli Şura rəhbərliyi insanları qanunla müəyyən olunmuş yerdə yox, Bakı şəhərinin mərkəzində - “28 May” metro stansiyasının qarşısında, insanların çox gur olan bir yerində qanunsuz aksiyaya, qanunsuz mitinqə növbəti dəfə çağırışlar edirdilər. Bu çağırışları Milli Şura sədri Cəmil Həsənli də, AXCP sədri Əli Kərimli də, hətta Sevinc Osmanqızı da edirdi. Onların ətrafında olan hər kəs insanları qanunsuz mitinqlərə səsləyirdilər. Dünən Cəmil Həsənlinin sosial şəbəkələrdəki müraciətindən sonra mitinqin təxirə salınması ilə əlaqədar olaraq qərar qəbul edildi. Təbii ki, mitinqin təxirə salınması ilə bağlı bir neçə amil var”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Millət vəkili müxalifətin 2 noyabr mitinqin təxirə salınması ilə bağlı danışarkən deyib ki, birinci amil 19 oktyabr mitinqindən sonra Cəmil Həsənli, Əli Kərimli – ümumilikdə mitinqin təşkilatçıları özlərinin xalq tərəfindən dəstəyinin olmamasını görmələridir:

“Onlar meydanda uduzduqlarını bir daha gördülər. Eyni zamanda, onlar bu dəfə anti-Azərbaycan qüvvələrdən də dəstək görmədilər. Görünür, bu dəfə onlar da radikal müxalifətdən üz döndərdilər. 19 oktyabr aksiyası göstərdi ki, bunların ətrafında heç bir eloktarat yoxdur. Sosial bazaları da tükənib. Eləcə də xalqın dəstəyini görmədilər. Çünki xalq radikal müxalifətin qovluğunu çoxdan arxivə göndərib. Halbuki bunlar hər zaman öz ağalarını, havadarlarını aldadırdılar ki, xalq bunları dəstəkləyəcək. Mitinqdə çoxlu adamların olacağına inandırırdılar. Onların ağaları da gördü ki, radikal müxalifət bu dəfə də onları aldatmağa cəhdd edir. Növbəti dəfə qrant almaq istəyirlər. Ona görə də onlara dəstək olmadı”. Millət vəkili bildirib ki, Əli Kərimli və tərəfdarlarının 2 noyabr mitinqi ilə bağlı “cinsi və milli, eləcə də dini azlıqların təxribatı” ilə bağlı sosial şəbəkələrdə səsləndirdikləri iddialara da münasibət bildirib. Millət vəkilinin sözlərinə görə, bunlar absurddur və heç bir həqiqətə sığmır:

“Guya ki, bunlar bu barədə xarici kəşfiyyat orqanlarından xəbər tutublar. İlk növbədə, bu onu sübut edir ki, onlar doğrudan da xarici kəşfiyyat orqanlarına xidmət edirlər. Bununla da onlar kimin qulu olduqlarını sübuta yetirirlər. İkincisi, onlara xalqın dəstəyinin olmayacağını duydular. Ona görə də belə sərsəm bəyanatlarla çalışdılar ki, qanunsuz mitinqin baş tutmamasını dövlətin üzərinə atsınlar. Təbii ki, bunlar boş və cəfəngiyat sözlərdir. Növbəti sərsəmləmədir. Cəmil Həsənli və Sevinc Osmanqızı 60 nəfərlik yer hazırlamışdı. Onların orada da dəstəyi olmadı. Heç 10 nəfər adam yığılmamışdı. Həmin 10 nəfərin də 5-6-sı özləri idi. Həmin şəxslər də tədbirin keçirildiyi xidmət sahəsinin işçiləri idi”. Millət vəkili bildirib ki, bunların ABŞ-da görüşlər keçirdiyi bir zamanda, Birləşmiş Ştatlar Departamentinin yuxarı palatası qondarma erməni soyqırımını tanıdı. Bu bir neçə gün əvvəl baş verdi: “Artıq burada siyasi mənsubiyyətindən, dinindən asılı olmayaraq milli məsələ olduğu üçün hər bir azərbaycanlı, xüsusən də siyasətçilər bu məsələyə öz fikrini yönəltməlidir. Təssüf ki, bunlar bir daha sübut etdilər ki, Ermənistana sübut edirlər. Erməni lobbisinə xidmət göstərirlər. Azərbaycanı sevməyən qüvvələrin xidmətindədirlər. Cəmil Həsənli, Sevinc Osmanqızı və ya onların yanında olan, xalqımız tərəfindən arxivə atılmış adamların heç biri bu məsələyə reaksiya vermədi. Halbuki bu məsələyə bütün türk dünyası öz reaksiyasını verdi. Azərbaycan həm Prezident Adminstrasiyası, həm də Xarici İşlər Nazirliyi tərəfindən məsələyə münasibətini bildirdi. Hətta Xarici İşlər Nazirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə NOTA da ünvanladı. Bu yolverilməzdi, çüünki burada qərəzlilik var. Bu, türk dünyasının inkişafına yönəlmiş addım idi. Amma bütün bunlara baxmayaraq, Milli Şura adı altında birləşən Əli Kərimli, Sevinc Osmanqızı, Cəmil Həsənli növbəti dəfə üzə çıxardılar. Özləri öz satqınlıq missiyaları ilə ifşa etdilər. Bu boyda türk dünyası milli məsələ olduğu üçün buna reaksiya verdilər. Amma radikal müxalifət bu məsələnin üzərinə də gəlmədi”.

Siyasət rubrikasından digər xəbərlər