İtaliya səfirliyi vizaların verilməsini dayandırıb

10:34 07.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın ölkəmizdəki səfirliyinin konsulluq şöbəsi tərəfindən vətəndaşlara vizanın verilməsi müvəqqəti olaraq dayandırılır.

Hafta.az yazır ki, vizanın nəyə görə verilməməsi və bu prosesin nə vaxtadək davam edəcəyinə dair məlumat açıqlanmır. Eyni zamanda, səfirlik təəssüflə bildirir ki, noyabrın 18-dək olan gedişlər üçün viza sorğularının qəbulu da mümkün olmayacaq.