Tahir Kərimli İlham Əliyevə təşəkkür etdi

14:00 09.07.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Deputat Tahir Kərimli Milli Məclis üzvlərinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilməsi barədə prezident sərəncamını yüksək dəyərləndirib.

“Həftə içi”nin parlament müxbirinin verdiyi məlumatda deyilir ki, millət vəkili bu haqda Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında çıxış edərkən danışıb.  Tahir Kərimli deputatlar adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Deputat bu təltifin milli azadlıq hərəkatında fəal iştirak etmiş şəxslərdən biri kimi onunçün xüsusilə müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb.  O, yubiley medalı alan deputat həmkarlarına da təbriklərini ünvanlayıb.

Deputat, həmçinin, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb.

Siyasət rubrikasından digər xəbərlər