"Qəzaya uğrayan avtomobil Bakı Beynəlxalq Avovağzal Kompleksindən çıxmayıb" - Açıqlama 

15:00 09.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Masallıda 8 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. 

Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova hafta.az-a açıqlamasında bildirdi ki, qəzaya uğrayan nəqliyyat vasitəsi Bakı Beynəlxalq Avovağzal Kompleksindən çıxmayıb:

“Biz sərnişinlərə hər zaman müraciət edərək, xahiş edirik ki, qeyri-qanuni nəqliyyat vasitələrindən istifadə etməsinlər. Çünki həmin nəqliyyat vasitələrində nə sürücünün tibbi müayinəsindən kimsənin xəbəri var,  nə də nəqliyyat vasitəsinin texniki sazlığı yoxlanılmır. Sərnişinlər uzun yola çıxırlar, canlarını, ailələrini etibar edirlər. Buna özləri də nəzarət etməlidirlər. Bakı Beynəlxalq Avovağzal Kompleksindən çıxan nəqliyyat vasitələrinə biz nəzarət edirik. Reys qabağı həm sürücü tibbi müayinədən keçir, həm də avtomobil texniki müayinə olunur”.