Xadimə axtarılır: aylıq maaş 2686 manat

15:56 12.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İngiltərədə, Bukinhem Sarayınının yayınladığı elanda Vindzor Sarayında işləmək üçün xadimə axtarıldığı bildirilir.

Hafta.az yazır ki, götürüləcək xadimənin illik maaşı 14742 sterlinq olacaq (32232 manat. Aya böləndə ayda 1228 sterlinq və ya 2686 manat). Sarayın internet səhifəsində yayınlanan elanda deyilir ki, yeni xadimə təmizlik işləri ilə yanaşı, həm də özəl dəvətlər və ziyafətlər zamanı da əlavə köməklik göstərməlidir.

Yeni xadimə, kraliçanın birbaşa əmrində olacaq. Yeni xadimə düşdüyü şəraitə tez uyğunlaşmalı və birlik ruhunda olmalıdır. Xadimə bazar ertəsindən bazar günüdək həftədə 30 saat işləyəcək.

Xatırladaq ki, kraliça ikinci Elizabet başda olmaqla kraliyyət ailəsinin bir çox üzvü, xüsusilə yay fəslində, ilin bəlli həftələrini London ətrafında yerləşən Vindzor sarayında keçirir.