Bakıda qaçqın kişi oğlu və gəlini tərəfindən döyüldü – Günün təzadları

18:16 14.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Paytaxtda döyülmə hadisəsi baş verdi. Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, olay Yasamal rayonu, Azərbaycan Texniki Universitetinin yataqxanasında qeydə alınıb. Orada yaşayan məcburi köçkün, 1976-cı il təvəllüdlü Ceyhun Məmmədov oğlu və gəlini tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan Ceyhun Məmmədov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.        

 

Türkiyə yerli savaş helikopterini sınaqdan çıxardı

Türkiyədə “Atak Faz-2” yerli hücum helikopteri müvəffəqiyyətlə sınaqdan keçirildi.  Hafta.az Moderator.az-a istinadla  xəbər verir ki,  "Anadolu” agentliyinin yaydığı məlumatda belə deyilir. Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirin sosial şəbəkələrdə yazdığına görə, döyüş maşını Türk Havacılık ve Uzay Sanayii AŞ (TUSAŞ) şirkətinin meydançasından qalxaraq ilk uçuşunu müvəffəqiyyətlə başa vurub.

 

Printerdə canlı dəri və qan damarları hazırlandı

Alimlər, 3 ölçülü printer istifadə edərək canlı dəri və damar hazırlamağı bacardılar. Hafta.az-ın “Dəyərlər” nəşrinə istinadla verdiyi xəbərdə belə deyilir. Siçanlar üzərində müvəffəqiyyət təmin edən bu yeni texnikanın insanlarda da istifadə edilə bilməsi üçün araşdırmalar davam etdirilir. Artıq 3D printerlərdə bir çox tibbi istehsal həyata keçirilib. İndi isə elm insanları, 3D printerləri istifadə edərək printerdən götürdükləri çıxışları bir siçana bağlayan elm insanları, müvəffəqiyyətli bir nəticə əldə ediblər. Bu araşdırma ABŞ-ın Nyu-York şəhərində olan "Rensselaer Politeknik İnstitutu" daxilində edilib. Araşdırmaçılar 3D printerdən götürdükləri çıxışları müvəffəqiyyətli bir formada bir siçana inteqrasiya edə biliblər. Ancaq elm insanları, bu yeni texnikanın yalnız heyvanlarla məhdud qalmasını və təcrübi səviyyədə buraxılmasını istəmirlər. Əgər işlər müvəffəqiyyətli ola bilsə, bu texnika, insanlar üzərində də istifadə edilə biləcək. Müvəffəqiyyət təmin edilsə, xüsusilə də üz yanığı olan və ya dəri grefti problemi yaşayan xəstələr, bu texnika sayəsində tez bir halda yaxşılaşa biləcəklər.

 

Gəncədə qaçqın kişi yoxa çıxdı

Gəncədə 32 yaşlı kişi itkin düşdü. Hafta.az yazır ki, Trend-in məlumatına görə, hadisə Gəncə şəhəri, 2705 dairəsi adlanan ərazidə baş verib. Kəlbəcər rayonunda qeydiyyatda olan, Goranboy rayonu, Yeni Qaçqın şəhərciyi, bina 5, mənzil 52-də yaşayan, 1987-ci il təvəllüdlü Cəfərov Nazim Elman oğlu noyabrın 11-də Gəncə şəhəri, 2705 dairəsi adlanan ərazidəki iş yerinə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Binəqədidə motosikletçi quyuya düşdü

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi - 4 ünvanında qeydə alınıb. Belə ki, motosiklet sürücüsü 1998-ci il təvəllüdlü Hüseynov Cavid Məhəmmədəli oğlu idarəetməni itirərək quyuya düşüb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona büd sümüyünün sınığı diaqnozu qoyulub.