Qazaxısta səfiri Bakı Beynəlxalq Dəniz Limanında olub

16:54 15.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov Ələt qəsəbəsində (Bakıdan 70 kilometr məsafədə) yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ziyarət edib.

Hafta.az yazır ki, səfər zamanı beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zaur Həsənov səfirə limanın fəaliyyəti, iş prinsipləri və əməliyyat imkanları, eləcə də ətraf mühitin qorunması sahəsində davam edən layihələr barədə məlumat verib.

Tərəflər Qazaxıstanla Azərbaycanın tranzit və nəqliyyat potensialını inkişaf etdirmək səylərini, iki ölkənin yük daşınması və tranzit imkanlarını artırmaq məqsədilə Qazaxıstan və Azərbaycan dəniz limanları arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Səfir Serjan Abdıkarimov limanda yaradılan infrastrukturla da tanış olub.