"Bako Saakyanın Belçikaya uğursuz səfəri dilənçilik məqsədi daşıyır" - Sona Əliyeva

15:25 17.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Qondarma rejimin "rəhbəri" Bako Saakyanın Belçikaya uğursuz səfəri dilinçilik məqsədi daşıyır. İqtisadiyyatı iflas olmuş Ermənistan işğal etdiyi ərazilərə yardım etmək imkanında deyil. Hərbi xunta rejimində yaşayan ac-yalavac ermənilərin narazılığı isə durmadan artır. Çarəsiz durumda qalan əhalinin qondarma rejimə qarşı durmadan artan nifrəti Bako Saakyanı Avropaya dilənməyə getməyə məcbur edib".

Bunu hafta.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Millət vəkili bildirib ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “başçısının” Belçika Krallığına uğursuz və sırf “dilənçilik” məqsədilə həyata keçirilmiş səfəri uğursuzluqla nətivələnib: "Bako Saakyan Brüsselə gəlişi çərçivəsində fransızdilli Löven Katolik Universitetinin erməni dili kafedrasının rəhbəri Bernar Kuli ilə qeyri-rəsmi şəraitdə görüşdü. Onun görüşdüyü şəxslərin hər biri Brüsseldə yaşayan varlı iş adamı Kaspar Karampetyanın korrupsiya şəbəkəsində təmsil olunanlardır. Eləcə də onun təşkilatçılığı və müşayiəti ilə işğal edilmiş ərazilərimizə qanunsuz səfər etdikləri üçün Azərbaycana girişi qadağan edilmiş şəxslərdir. Lakin Kaspar Karampetyanın bütün cəhdlərinə baxmayaraq, qanunsuz rejimin “nümayəndəsi” Belçikada yerləşən yerli, Avropa İttifaqı və NATO-ya məxsus hər hansı rəsmi qurumlarda qəbul edilmədi. Eyni zamanda, Saakyanın cəhdlərinə baxmayaq o nə Avropa Parlamenti, nə Belçikanın federal parlamenti, nə də ki, Valloniya və Brüssel-Paytaxt parlamentlərində qəbul edilmədi. Yalnız Flandriya Parlamentinin binasında millətçi və separatçı Yeni Flamand İttifaqı (N-VA) partiyasının anti-türk əhval-ruhiyyəli üzvləri Karl Vanluve və Mark Demesmaker tərəfindən qəbul olundu". Millət vəkilinin sözlərinə görə, Saakyanın qeyri-rəsmi şəraitdə görüşdüyü Brüssel-Paytaxt parlamentinin üzvü Julien Uytendaele isə adı korrupsiya qalmaqallarında hallandırılan ailənin üzvüdür: "Belə ki, onun anası Laurette Onkelinks ədliyyə naziri olarkən 2014-cü ildə öz həyat yoldaşı (sözügedən regional deputatın atası) Mark Uyttendaelenin şirkətini 245000 avro məbləğində hüquqi konsultant kimi cəlb etməkdə ittiham edilmişdi. O, Sosialist Partiyasında səs-küylü korrupsiya qalmaqallarının ardınca 2017-ci ildə federal parlamentdə sosialist qrupunun rəhbəri vəzifəsini, 2019-cu ildə isə Belçika siyasi səhnəsini tərk etmişdi. Bir daha xatırlatmaq istərdim ki, bu səfərin təşkilatçısı Brüsseldə kriminal-almaz biznesi ilə məşğul olan Kaspar Karampetyandır. Onun Avropada kriminal fəaliyəti artıq bir çoxlarına bəllidir. Ona görə də Bako Saakyan Belçikada bu cür urvatsız qarşılandı".

Siyasət rubrikasından digər xəbərlər