Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır - Millət vəkili

13:13 10.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

İyulun 9-da Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycana səfər etdi. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ikitərəfli əməkdaşlıq, yeni saziş və s. məsələlər ətrafında müzakirələr apardı. Ekspertlər Donald Tuskun Bakı səfərinin Aİ-Azərbaycan münasibətlərinin gələcək inkişafına müsbət təkan verəcəyi qənaətindədirlər.

“Bu səfər Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında olan münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir”. Bunu hafta.az-a millət vəkili Azər Badamov deyib.

Millət vəkilinin fikrincə, Donald Tuskun Azərbaycana səfəri gələcək münasibətlər üçün mühüm addımdır.

“Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk  bundan əvvəl də Azərbaycana səfər etmişdi. Bu səfər də əlaqələrin inkişafına öz müsbət təsirini bu və ya digər formada göstərəcəkdir. Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər hazırda yüksək səviyyədə qurulub. Bir neçə il əvvəl Avropa İttifaqı ilə ölkəmiz arasında imzalanmış tərəfdaşlıq sənədi bu gün münasibətlərin normal davam etməsinə şərait yaratdı. Həmçinin bu sənəd vasitəsilə Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıması anlamını da daşıyırdı. Ümümiyyətlə Azərbaycan Respublikası Avropa İttifaqı üçün bir tərəfdaşdır. Enerji təhlükəsizliyin təmin edilməsində xüsusi rol oynayır. Həmçinin Azərbaycan Asiya ilə Avropanı birləşdirən qovşaqda yerləşir. Böyük layihələrin həyata keçirildiyi Azərbaycan dövləti Avropa üçün mühüm önəm daşıyır".

Siyasət rubrikasından digər xəbərlər