Magistraturaya qəbul imtahanlarının II mərhələsi ləğv olunur?- Açıqlama

11:28 29.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son günlər sosial şəbəkələrdə magistraturaya qəbul imtahanlarının II mərhələsi ləğv olunması  iddiası ilə bağlı müzakirələr başladılıb. Bakalvr təhsilini davam etdirmək istəyənlər isə bundan narahatlıq keçirirlər. Dövlət İmtahan Mərkəzi (DİM) isə mətbuata açıqlamasında bu barədə fikir bildirməsə də, qərarların yaxın zamanda ictimaiətə açıqlanacağını deyib.

DİM belə bir qərar verə bilərmi, əgər verilərsə hazırkı dövr üçün nə dərəcədə əhəmiyyətli olar?

Bu barədə hafta.az-a danışan təhsil məsələləri üzrə ekspert  Kamran Əsədov dedi ki, ikinci mərhələnin ləğv olunması inandırıcı deyil. Ekspert hesab edir ki, magistratura imtahanlarının təkmilləşdirilməsinə ehtiyac var:

“Birincisi ona görə ki, 5 il əvvəllə müqayisədə magistratura pilləsinə sənəd təqdim edənlərin sayında kəskin azalma var və müəyyən qədər plan yeri boş qalır. Məhz magistratura imtahanları sadələşdirilsə, daha çox şəxsin magistratura pilləsinə qəbul olmasına imkan yarana bilər. İkincisi magistratura imtahanının birinci mərhələsindəki məntiq və inforimatika fənnindən təqdim edilmiş test tapşırıqları ədalət prinsipinin pozulmasına gətirib çıxarır. Ali məktəblərdə bu fənlər üzrə tədris olunmayan mövzulardan, ağırlaşdırılmış test tapşırıqları təqdim olunurdu. Nəzərə alsaq ki, magistratura imtahanının ikinci mərhələsində iştirakçılardan ixtisasları üzrə bilik və bacarıqları yoxlanılır, bu zaman ikinci mərhələ ləğv oluna bilməz. sadəcə olaraq təqdim ediləcək test tapşırlarının sayında, formatında dəyişiklik edilə bilər. Həyata keçiriləcək dəyişiklik növbəti ildə seçim zamanı ballara da təsir göstərəcək. Belə ki, ixtisas seçimi zamanı əvəllki illərdə formalaşmış balları istiqamət kimi götürəcək bakalavrlar dəyişiklikdən sonra yanıla bilərlər. Bütün hallarda, hesab edirəm ki, magistratura imtahanları ali təhsilin əlçatımlılığı və əhatə dairəsinin genişlənidirilməsi prinsiplərinin təmin olunması üçün, gənclərin elmə gəlməsi üçün sadələşdirilməli, daha çox imtahan iştirakçılarının dil və ixtisasları üzrə bilik və bacarıqları yoxlanılmalıdır”.