"2019-cu ilin 11 ayı ərzində Azərbaycanda İİV-ə yoluxanların sayı 592 nəfərdir" - Natiq Zülfüqarov

11:25 02.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt
"2018-ci ilin statistikasina görə 2018-ci ildə İİV-ə yoluxanların sayı dünyada770 min nəfərdir". Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəsmisi Natiq Zülfüqarov deyib.
Onun sözlərinə görə bu da 2004-cü illə müqayisədə 56 faiz azalma deməkdir: "Yeni yoluxma halları 1997-ci illə müqayisədə 40 faiz azalıb. 2018-ci ildə onların sayı 1,7 milyon nəfər olub. Azərbaycanda 6774 nəfər İİV-lə yaşayır. Onlardan 1765 nəfəfi QİÇŞ mərhələsindədir.1987-ci ildən bu günə kimi İİV infeksiyasindan ölənlərin sayi 1045 nəfərdir. 2019-cu ilin 11 ayı ərzində Azərbaycanda İİV-ə yoluxanların sayı 592 nəfərdir. Onlardan 569 nəfərli yerli, 29-u xarici vətəndaşdır. Yoluxanlardan 371 nəfəri kişi, 192-i qadındır"
Sosial rubrikasından digər xəbərlər