Misirdə İmadəddin Nəsimi irsi tədqiqat olundu

10:07 04.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin dəstəyi ilə Misirdə Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına dair elmi-tədqiqat aparılıb.

Hafta.az yazır ki, birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bir neçə il öncə Misirin əl-Əzhər Universitetinin Humanitar Fənnlər Fakültəsinin magistr tələbəsi Həcər Karara ilə görüşdə Nəsimi haqqında geniş söhbət açır və Nəsiminin tədqiqatı ilə bağlı ona lazımi dəstəyi göstərir. H.Kararanın elmi işi İmadəddin Nəsimi Şirvaninin həyatı, fars dilində divanının tədqiqatı və tərcüməsi olub.

Xanım Karara bu elmi işini uğurla mudafiə edib magistr adını qazanıb.

Tədqiqat əsəri 604 səhifədən ibarət olub üç fəsilə bölünüb. Birinci fəslində şairin ana vətəni Azərbaycanın tarixi, coğrafiyası və mədəniyyəti haqqında geniş məlumat verilib.

Diaspor sədri S.Nəsirov bildirib ki, vətənimizi dünyada təbliğ etməyin əsas yollarından biri də azərbaycanlı alimlərinin yazdığı əsərləri yenidən tədqiq edərək, həmin əsərlərdə Azərbaycan haqqında geniş məlumat yayınlamaqdır. 

Oxunma sayı 156
Sosial rubrikasından digər xəbərlər