Sabirabadda yol qəzası olub - 2 nəfər ölüb

19:50 13.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hafta.az-ın “Report”-a istinadən məlumatına görə, hadisə saat 18:00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 43-cü km-də olub.

“90-NN-718” dövlət qeydiyyat nişanlı BMV markalı minik maşını idarəetməni itirərək dirəyə dəyib, daha sonra yol kənarındakı hasara çırpılıb.

Nəticədə Usubov Vüqar Qismət oğlu və Usubova Nuridə Qismət qızı dünyasını dəyişib. Avtomobildə olan Usubov Əmirağa Qismət oğlu və Məmmədov Nicat İlkin oğlu isə xəsarət alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.