ABŞ əsgərlərini Küveytdən çıxarmağa başladı

15:19 08.01.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Küveytin Müdafiə naziri Şeyx Nasir Sabah əl-Əhməd əs-Sabah, ABŞ-ın bu ölkədə yerləşən "Camp Arifjan" bazasındakı əsgərlərini çıxarmağa başladığını bildirib.

Hafta.az yazır ki, nazirin sözlərinə görə, amerikalı əsgərlər üç gün ərzində ölkəni tərk edəcəklər. Bu barədə Pentaqondan Küveytə rəsmi bildiriş məktubu gəlib.

Nazir deyib ki, Küveyt hökuməti Vaşinqtonun belə bir qərar qəbul edəcəyini gözləmirdi. O, ABŞ hökumətinin hansı səbəbdən bu addımı atdığını açıqlamasa da, hazırda Pentaqonla məsələni müzakirə etdiklərini deyib.