Nikol Paşinyan koronavirus infeksiyasına yoluxub

11:21 01.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri Nikol Paşinyan özünün və ailəsinin koronavirus testinin nəticələrinin müsbət çıxdığını elan edib.

Paşinyanın fikrincə, o, koronavirusa müşavirə zamanı yoluxub.

“Məndə heç bir simptom olmayıb. Lakin hərbi hissəyə gedərkən test verdim və onun nəticəsi müsbət çıxdı. Ailə üzvlərimin testləri də müsbət nəticələnib”, - deyə baş nazir bildirib.

Ermənistanda koronavirusa yoluxanların sayı 10 min nəfərə yaxınlaşır, 131 nəfər xəstəlik səbəbindən ölüb. Hazırda müalicə alan 5 min 765 xəstədən 10-nun vəziyyəti ağır qiymətləndirilir.

Oxunma sayı 1833