Növbəti həftədə açıq havada kafe və restoranların fəaliyyəti bərpa oluna bilər

11:31 08.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Növbəti həftədə kafe və restoranların açıq havada fəaliyyətinin bərpa olunması müzakirə edilir.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, sonrakı mərhələlərdə rayonlar arası gediş-gəlişin açılışı məsələsi də müzakirə olunur:

"Bu barədə qərarlar hələ verilməyib, amma bunlar bizim növbəti atacağımız addımlar sırasındadır. Biz epidemiolji nəzarəti saxlaya bilsək, bu yumşalmaları edə biləcəyik.

Bunlar hamsı bizim özümüzdən asılıdır. Hamısı müzakirə olunur, bu gün yoluxmalar azalıb və buna görə də biz bu müzakirələri aparırıq".

Oxunma sayı 2878