“Oğulun atanın avtomobilini sürməsi üçün etibarnamə nəyə lazımdır?” - Deputat

14:39 12.07.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanda yeni notariuslar açılmalıdır, notariuslar qarşısında növbə var”.

“Həftə içi” müxbirinin verdiyi xəbərə görə, bunu bu gün parlamentin növbədənkənar sessiyasının iclasında Milli Məclis üzvü Qüdrət Həsənquliyev bildirib.

Həsənquliyev notariusların açılması prosedurunun sadələşdirilməsini təklif edib: 

“Tutaq ki, atanın avtomobilini oğulun istifadə etməsinə zərurət yaranıb. Bu halda niyə etibarnamə tələb edilməlidir? Əgər müraciət yoxdursa, belə hallarda etibarnaməyə gərək olmamalıdır”.

Siyasət rubrikasından digər xəbərlər