Oğuzda yanğın tam söndürülüb - FHN 

13:52 29.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son günlər ərzində Oğuz-Qəbələ rayonları istiqamətində mürəkkəb relyefli dağlıq zonada ümumilikdə 500 ha sahədə meşə, meşəətrafı kol-kos, örüş sahələri və bələdiyyə fonduna aid ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, yanğınların söndürülməsində Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviasiya dəstəsinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları və kənd bələdiyyələrinin nümayəndələri də iştirak edib.