Oktay Kaynarca Bakıda izdihamın arasında qaldı - FOTO-VİDEO

22:21 29.11.2019
Yazını böyüt
Yazını kiçilt

Hamının Hızır kimi tanıdığı Türkiyənin məşhur aktyoru Oktay Kaynarca siması olduğu brend mağazasının təşkilatçılığı ilə Bakıya gəlib.

Hafta.az-ın məlumatına görə, mağazanın açılışını edən sənətçi jurnalistlərlə bərabər fanatları, "Eşkiya dünyaya hökmdar olmaz" serialının izləyiciləri tərəfindən böyük izdihamla qarşılanıb.

O.Kaynarca jurnalistlərə açıqlamasında Azərbaycanı sevdiyini dilə gətirib:

"Azərbaycanı sevirəm. Burada çox sevildiyimi də bilirəm. Sizin yeməkləriniz çox dadlıdı. Sevə-sevə yeyirəm. Azərbaycanın bizim üçün önəmi budur". 

Sənətçi Azərbaycandan film təklifləri aldığını, zamanın azlığından təklifləri qəbul edə bilmədiyini deyib: 

"Zaman-zaman təkliflər gəlir, sadəcə çəkilişlərə görə vaxtım yoxdur. Oynadığım rolların hamısı mənim üçün önəmlidir. İstər serialda, istərsə də filmdə çəkilmək gözəldir, əlimdən gəldiyi qədər ikisində də iştirak etməyə çalışıram".
 
 
 
 
 
 
Cəmilə Hüseynli
Rüzbeh Məmməd