Ölən tibb işçiləri daha çox təcili tibbi yardım sahəsində çalışanlar olub - Yaqut Qarayeva

12:34 08.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İndiyədək COVİD-19-dan ölən tibb işçiləri daha çox təcili tibbi yardım sahəsində çalışanlar olub.

Hafta.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, ölən tibb işçiləri arasında COVİD xəstəxanalarında çalışanların sayı az olub:

“Təəssüf ki, daha çox təcili yardımda çalışan işçilər arasında itkilərimiz olub. Virusa yoluxaraq həyatlarını itirən bütün tibb işçilərinin hamısının xatirəsi bizim üçün əzizdir. Hər bir həkimin müalicəsi dövlət rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır”.

Y.Qarayeva qeyd edib ki, həkimlər xəstələrlə birbaşa təmasda olduğu üçün onların virus yükü daha çox olur və xəstəliyi daha ağır keçirirlər.

Oxunma sayı 1532