“Ölkə Prezidentinin siyasətinin təməlində Azərbaycan vətəndaşının daha firavan yaşaması dayanır” - Millət vəkili    

17:53 01.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirəni diqqətlə izlədim. 2019-cu il ölkəmizdə dərin sosial-iqtisadi islahatlar ilinin davamı oldu. Bu ilin yanvarından bəri sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlər bilavasitə Azərbaycan vətəndaşının yaxşı həyat şəraitini təmin etmək üçün bərabər imkanların qurulmasına yönəlib. Pensiyaların, orta aylıq əmək haqqının artırılması və digər sosial paketlər ümumi proqramın tərkib hissəsidir”. Bu fikirləri hafta.az-a açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Millət vəkilinin sözlərinə görə, ötən 7 ayın təhlili göstərir ki, ölkə Prezidentinin siyasətinin təməlində Azərbaycan dövlətinin güclü, vətəndaşının isə daha firavan yaşaması dayanır: “Bu siyasətin möhkəm iqtisadi zəmini var. Əgər ölkəmizdə iqtisadi inkişaf olmasaydı, bu sosial tədbirləri həyata keçirmək mümkün olmazdı. İqtisadi inkişaf da ilk növbədə ölkəmizdə mövcud olan təbii sabitliklə bağlıdır. Məsələnin digər bir tərəfi onunla bağlıdır ki, Azərbaycan xalqı cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasəti müdafiə edir və bu siyasətin güclü sosial dayaqları var. Həmin siyasət də gücünü Azərbaycan xalqından alır. Müşavirə bir daha göstərdi ki, indiyədək həyata keçirilən tədbirlər son deyil, yalnız davamdır və bu tədbirlərin daha genişini hökümətimiz həyata keçirəcəkdir”.

 

Gündəm rubrikasından digər xəbərlər