Parlamentlərarası İttifaqın sessiyası öz işinə başlayır

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
İsveçrənin Bern şəhərində Parlamentlərarası İttifaqın 125-ci sessiyası keçiriləcək. Milli Məclisin üzvləri Gülçöhrə Məmmədova, Əhliman Əmiraslanov, İlham Əliyev, Əhməd Vəliyev, Fuad Muradov tədbirdə iştirak edəcəklər. Əhməd Vəliyevin “Həftə içi“nə verdiyi məlumatda qeyd olunur ki, sessiyada qurumun nizamnaməsi və qaydalarına dəyişikliklər edilməsi, BMT ilə əməkdaşlıq, nümunəvi idarəçilik və onun tətbiqi məsələləri, habelə aclıqdan əziyyət çəkən Somali əhalisinə yardım götərilməsi barədə müzakirələr aparılacaq. Tədbirin sonunda qətnamənin qəbul edilməsi nəzərdə tutulub. Millət vəkilinin sözlərinə görə, deputatlarımız sessiyada müzakirəyə çıxarılacaq məsələlərə münasibətlərini bildirəcəklər.
Nahid Canbaxışlı
Oxunma sayı 251