“Ölkəmizə qarçı qarayaxma kampaniyası aparanlar güclü Azərbaycan istəmirlər” - Şahin İsmayılov

12:29 16.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

 “Müxtəlif dövrlərdə Azərbaycana təsir cəhdlərinin şahidi olmuşuq. Hər zaman da bu kampaniyalar uğursuzluqlarla nəticələnib. Çunki Azərbaycan güclü dövlətdir, dövlət institutları peşəkar fəaliyyət göstərir, xalq-iqtidar birliyi yüksək səviyyədədir, ölkə Prezidentinin nüfuzu kifayət qədər yüksəkdir və Onun həyata keçirdiyi siyasət xalq tərəfindən dəstəklənir. Düşünürəm ki, dövrü xarakter daşıyan bu kampaniyanın da sonu sələflərindən fərqli olmayacaq”.

 Hafta.az xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov deyib. Millət vəkilinin fikrincə, çünki onların dediklərinin əksi olaraq, Azərbaycan inkişaf etməkdə davam edir, nəhəng iqtisadi layihələr həyata keçirilir, iqtidar qarşısına qoyduğu hədəflərə çatır:

“Xaricdə mühacir adı ilə fəaliyyət göstərən dairələrin ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyası və onun sifarişçiləri güclü Azərbaycan istəmirlər. Qeyd etdiyim kimi, bu insanlar sadəcə olaraq alət rolunda çıxış edirlər və onlar müxtəlif sifarişləri yerinə yetirirlər. Azərbaycan xalqının genetik kodunda xəyanət yoxdur. Vətən bütün anlayışlardan öndə gəlir. Belə insanların bu cür əməlləri isə sadəcə olaraq təəssüf doğurur. Ona görə mən məsələni təhlükəli yox, təəssüfedici aldlandırmaq istərdim. Bir məsələ dəqiqdir ki, Azərbaycan gücləndikcə dostlarının olduğu kimi onu istəməyən qüvvələrin də sayı artır. Buna əsas səbəblərdən biri isə erməni diasporası və onların müttəfiqləridir. Hərbi və siyasi müstəvidə mübarizə apara bilməyən ermənilər vaxtaşarı müxtəlif kampaniyalar təşkil etməklə Azərbaycanı gözdən salmağa çalışırlar. Təəssüf edirəm ki, özlərini mühacir adlandıran şəxslər birbaşa və ya dolayı olsa da bu kampaniyalara qoşulurlar. Bu isə müstəqil Azərbaycan uğrunda həlak olan insanların ruhlarına hörmətsizlikdir. Əsl vətənpərvərlik nümunəsini gücünü vətəni gözdən salmağa yox, onu gücləndirməyə çalışmaq olardı. Daha güclü Azərbaycanın olması üçün isə hər bir azərbaycanlı öz əlindən gələni etməlidir”.

Siyasət rubrikasından digər xəbərlər