“Ölkəni 90-cı illərə qaytarmaq istəyənlərin məkrli əməlləri bumeranq effekti verəcək” – Millət vəkili

15:04 15.07.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Ötən gecə Bakıda insanlar cəbhədə Vətən uğrunda mübarizəyə atılan hərbçilərimizə dəstək aksiyası keçirdi. Bəzi təxribatçı qüvvələr bundan öz məqsədləri üçün istifadə etməyə çalışdı. Milli Məclisin binasını tutmağa cəhd edən qüvvələr insanların bu əzmini, hərbçilərə dəstək aksiyasını başqa səmtə yönəltdilər. 

Milli Məclisin üzvü Etibar Əliyev baş verən hadisələr haqda hafta.az-a açıqlamasında deyib ki, Tovuzda Ermənistan təxribatının qarşısı alınarkən igid hərbiçilərimiz şəhid olublar. Onların coşqu ilə yad edilməsi təbiidir. Düşmən Ermənistan, artıq əsəblərimizi tarıma çəkib. Vətən uğrunda canlarından keçən İgid oğulların ruhunun yad olunması zamanı insanlarımızın Vətənə sevgisini düşmənə əlavə fürsət verəcək hərəkətlərə çevirmək yolverilməzdir:

“Ölkədə ritorika bəllidir: Dövlətimizin yanında olmaq. Ali Baş Komandanın qərarlarına tabe olmaq. Bu, imperativ xarakter alıb. Ölkəni ötən əsrin 90-cı illərinə qaytarmaq istəyən xarici və daxili qüvvələrin məkrli əməlləri vakkumda qalacaq, bumeranq effekti verəcək. Dövlətin gücü, Dövlət Başçısının qətiyyəti və rasional addımları, Xalqın dərin inamı buna imkan verməyəcək”.

Millət vəkili onu da vurğuladı ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək bəyanatında olduqca maraqlı məsələyə toxundu: “Bu hücum Ermənistanın çapını aşan bir hadisədir”.

Onun sözlərinə görə gecə baş verən hadisələr, xüsusilə parlament ətrafında baş verən antimilli hərəkətlər bu fikri təsdiqlədi: “Heç bir məkrli xarici və daxili qüvvə Azərbaycan xalqının Prezidentinə olan dəstəyini seyrəldə bilməz. Və düşünürəm ki, Dövlətimizin güclənməsinə dayanmadan dəstək verməliyik.

Qarşıda Qarabağımızın azad olması kimi şərəfli və məsuliyyətli işimiz var. Qarşıda şəhidlərimizin qanını yerdə qoymamaq kimi andımız var...”.

Oxunma sayı 919
Siyasət rubrikasından digər xəbərlər