Ölkəyə cins mal-qaranın gətirilməsi heyvandarlığın inkişafına təkan verəcək 

15:42 11.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son dövrlər ölkəmizə xarici ölkələrdən heyvan cinsləri gətirilir. Əlbəttə, həm ətlik, həm südlük heyvan cinslərinin gətirilməsi yerli iqtisadiyyat üçün çox önəmlidir. Bundan əlavə həmin cinslərin yerli iqlimə uyğunlaşdırılması, zəif cinslərlə əvəz edilməsi kənd təsərrüfatı sahəsində öz müsbət təsirini göstərəcək. Mal-qaranın artması xarici ölkələrdən ət və ət məshulların idxalından da yan ötüşmür. Yerli məhsulların artımı, bazarda xarici məhsullara olan təlabatı azaldır.  

Statistika Komitəsinin göstərdiyi rəqəmlərə görə, respublika üzrə cəmi  2017-ci ildə  iri buynuzlu mal-qaranın sayı 2672990 baş təşkil edib. .

Bəs xaricdən gətirilən heyvanlar yerli cins tərkiblərin sıradan çıxmasına, həmçinin ət istehsalında yerli bazar məhsullarına təlabatı aşağı salmırmı?

Mövzu ilə bağlı hafta.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli dedi ki, elmi seleksiyaları ölkəyə gətirməyə məcburuq.

“Mövcud vəziyyət ondan ibarətdir ki, hazırda iki milyon səkkiz min baş iribuynuzlu heyvan var. Xırda buynuzlu heyvanların sayı 8 milyona qədərdir. Eyni zamanda 30 milyon baş quş var. Bu ölkənin təlabatını təmin etmək üçün kifayət qədərdir. Bütün seqmentlərdə məhsulların göstəricisi var. Yəni süd və ət məhsullarına görə olan göstəricilərdir. Yerli mal-qara bu pirizmadan, yəni iqtisadi səmərəlilik baxımından təlbata cavab verə bilmir. Heyvandırlıqda cinsiyyətçilik uzun müddət əvvəl itirilib. Təxminən ötən əsrin 70-80-ci illərində cins dəyişdirilməsi həyata keçirilib. Heyvan və toxumlarda illər keçdikcə öz genetikasını itirir. İnsanlarda olduğu kimi gen parçalanır. Ona görə də davamlı şəkildı elmi seleksiya işinin aparılması heyvandarlıqda əsas məsələdir. Heyvandarlıqla məşğul olan ölkələr vardır ki, onlar seleksiya işləri aparmaqla yeni sortlar yaradırlar. Elmi seleksiyaları ölkəyə gətirməyə məcburuq. Həm fermerin gəlirini artırmış oluruq, həm də ölkənin ümümi ərzaq təhlükəsizliyini aradan qaldrırırıq.  Mövcud vəziyyətdə bizdə inək ildə ton yarım süd verirsə, dünyada artıq 9-10 tondan söhbət gedir. Təxminən 2009-cü ildən etibarən Azərbaycana xaricdən “Ala qara”, “gersi” digər cinslər gətirilməyə başlanılıb. Və 7-8 iri təsərrüfat formalaşıb. Bunlar özlərində damazlıq yaradıblar. Seleksiya və süni mayalanma işləri aparırlar. Bu çox vacib bir istiqamətdir. Bizdə bu çox da yüksək inkişaf etməsə də artıq işlərə başlanılıb deyə bilərik. Ölkədə heyvandarlıq institutuları var. Orada 7-8 növ üzərində işlər aparılır. Gələcəkdə digər təsərrüfatlarda da bu işlər aparılacaq. Dövlət bu prosesi dəstəkləyir. Hər süni mayalanma yolu ilə əldə olunmuş cins buzova 100 manat subsidiya verilir ki, bu işlər daha da genişlənsin. Cins tərkibi faktiki itib. 2009-cü ildən bu proses ona görə aparılır ki, məhz bu cins tərkib yenidən qaytarılsın. Təsərrüfat sahibləri özləri də cins heyvanlar saxlamasalar bu sahə rentabelli olmaz. Ailə təsərrüfatlarında da cır heyvanlardır ki, onlarda da məhsuldarlıq itib. Əsas hədəf ondan ibarətdir ki, böyük təsərrüfatlarla yanaşı, kiçik ailə təsərrüfatlarında da bu damazlıq işləri aparılsın”.

İqtisadçı ekspert Natiq Cəfərli xarici sortların ölkəyə gətirilməsi yerli məhsullara olan təlabata kifayət qədər təsir etdiyini dedi:

"Əgər kəsilmə və bazara çıxarma xatirinə gətirilirsə təbii ki, yerli bazara təsir edir. Yox əgər cins mal-qara kimi gətirilirsə bu da təsir edir. Problem ondan ibarətdir ki, yerli adabtasiyası çətin olan cinslər gətirilir. Bu cinslər də əsasən Avropa ölkələrindən gətirilir. Bunların da sonradan uyğunlaşma dövründə problemlər yaşanır. Çox vaxt tələf olma təhlükəsi ilə üz-üzə qalırlar. Hazırda ət ehtiyyatı kimi Gürcüstandan gətirlir. Bu gün yerli bazarda ət istehsalında azalma müşahidə olunur. Turistlərin sayı artır, amma ət istehsalı isə artmır. Yerli təlabatı ödəmək üçün məcbur qalıb xaricdən tədarük olunur. İkinci problem ondan ibarətdir ki, getdikcə texniki bitkilərin yayılması otlaq sahələrində problemlər yaratmağa başlayıb. Yem bazası zəifləyib. Yem bazasının zəifləməsi heyvan saxlayanlarda marağı azaldıb. Bu da birbaşa yerli ət istehsalında özünü göstərir. Yerli iqlimə tez uyğunlaşa bilən mal-qara cinslərinin gətirilməsi heç də pis addım deyil”.