Ölüm halları son iki ildə artıb - SƏBƏB 

14:51 19.05.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son illərdə ölüm hallarının sayı artıb. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdə 2016-ci il il ilə müqayisədə 2017 –ci ildə fərq böyükdür. Belə ki, 2016-ci ildə bütün səbəblərdən ölənləri sayı 56648 nəfər olubsa, 2017-ci ilin son rübündə bu rəqəm 57109 olub.

Ümümiyyətlə ölüm səbəbləri kimi ən çox bunlar olub:

Bəzi infeksion və parazitar xəstəliklərdən – 814, yenitörəmələrdən – 8665, qan və qanyaradıçı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlarından – 132, endokrin sistemin xəstəlikləri və qidalanma, maddələr mübadiləsi pozğunluqlarından – 1648, psixi pozğunluqlar və davranış pozğunluqları xəstəliklərindən- 0, sinir sisteminin xəstəliklərindən – 960, qan dövranı sisteminin xəstəliklərindən – 33663, tənəffüs orqanlarının xəstəliklərindən – 2473, həzm sisteminin xəstəliklərindən – 2473, hamiləlik, doğuş və zahılıq dövründə - 21, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən – 2769 nəfər təşkil edib.

Ölüm hallarının il-ildən artması genefond üçün nə vəd edir? Mövzu ilə bağlı hafta.az-ın sualını  cavablandıran tibb üzrə ekspert, professor Adil Qeybulla hesab edir ki, bu səbəblər müxtəlif olsa da, müəyyən və əslində böyük qismi səhiyyədən asılıdır:

“Ümümi səhiyyə xidmətinin düzgün olmaması halları var. Bu gün icbari tibbi sığortanın olmaması, vətəndaşların sosial müdafiəsinin olmaması, Azərbaycan səhiyyəsindən vətəndaşlarının tam yararlana bilməməsi bunlar hamısı çox ciddi faktordur. Bunların içində onkoloji xəstəliklərin, virus xəstəliklərinin artması kimi halları mövcuddur. Azərbaycana Rusiya həbsxanalarından yayılan vərəmin tolerant forması Azərbaycanda adam başına düşən əhali sayına görə dünyada öncül yerlərdən birini tutur. Öncə dediyim kimi, ölüm hallarının səbəbləri çoxdur, lakin, bunlar hər biri ayrı-ayrılıqda araşdırılmalıdır. Səhiyyə Nazirliyi də bu kimi halları araşdırıb, aradan qaldırlması üçündür. Yəni bu faktorları, ölümün səbəblərini araşdırır və genefond üçün təhlükəli olan səbəbləri müəyyənləşdirib, quruplaşdırılmalıdır. Ondan sonra tədbirlər görülməlidir. Bu işlə bağlı yaxşı olardı ki, kompleks tədbirlər görülsün. Sadəcə olaraq birmənalı rəy vermək mümkün deyil. Bu məsələ ictimaiyətə də açıqlanmalıdır. Baxmaq lazımdır ki, dinamika il ərzində hansı istiqamətə doğru hərəkət edib. Hansı xəstəlikdən ölüm halları nə qədərdir, uşaq ölümləri, doğuş zamanı ana ölümləri, onkoloji xəstəliklərin payına nə qədər düşür və s. Məsələn, bu il resturator xəstəliklərdən xeyli ölüm halları qeyd edildi. Düzdür, bunların hamısı rəsmi qeydiyyata alınmadı. Amma, biz bunları xəstəxanalarda müşahidə edirdik. Səmimi bir araşdırma aparılmalıdır, formal araşdırmanın aparılması heç kimə lıazım deyil”.