Onkoloji xəstəliklərin müalicəsi üçün büdcədən ayrılan vəsait artırılmalıdır - RƏY

14:58 19.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Onkoloji xəstəliklərlə bağlı müəyyən dərmanların apteklərdə rəsmi satışına icazə verilsə, yaxşı olar. Bununla bağlı qanunvericilikdə dəyişikliklər edilməsini təklif edirəm”.

Bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Musa Quliyev çıxışı zamanı təklif edib.  

Deputat qeyd edib ki, bu cür xəstələrin belə dərmanlara ehtiyacı var: “Eyni zamanda, onkoloji xəstəliklərin müalicəsi üçün büdcədən ayrılan vəsait artırılmalıdır. Çünki bu xəstəliyin preaparatları bahadır”.

Mövzu ilə bağlı hafta.az-a danışan tibb eksperti, professor Adil Qeybulla hesab edir ki, onkoloji xəstələr üçün ayrılan vəsait kifayət etmir, görünən odur ki, artırılmalıdır:

“Həmin vəsaitin düzgün xərclənməsi əsas məsələdir. Nəzarət olunmalıdır. Dünya praktikasında vardır ki, tibbi sığorta paketində oikolji xəstəlik üçün lazım olan preparatlar satılır. Xəstənin o tip dərmanları aptekdən alıb dövlət xəstəxanalarında istifadə etməsi məntiqə sığmır. Dövlət xəsətəxanaları onkoloji xəstəliklərlə bağlı ən zəruru preparatlarla təmin olunmalıdır. Ola bilsin bəzi dərmanların alınması mülki vətəndaşın üzərinə düşsün”.

Apardığımız sosial sorğular deməyə əsas verir ki, anikoloji xəstələr müalicə üçün həmin dərmanları tam alıb istifadə edə bilmirlər. Onlar da dərman preparatlarının çox baha olduğunu deyirlər. Xanım Mehdiyeva da onikoloji xəstədir. O, deyir ki, hər dəfə kimyəvi terapiya seansı üçün böyük xərclərimiz çıxır". Bəzi yazılan dərmanları ala bilmirik, bəzi halda isə xaricdə satıldığı deyilir. Yaxşı olardı ki, bu dərmanlar pulsuz olsun".