Onlayn sifarişlər - xaricdən məhsulun çatdırılması neçəyə başa gəlir? -Araşdırma

14:09 04.09.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son illər onlayn alış-veriş etmək dəb halını alıb. Artıq evdən bir toxunuşla dünyanın az qala istənilən ölkəsindən məhsul sifariş etmək olur. Bunun üçün bir sıra şirkətlər var: “AliExpress”, “Trendyol” və s. kimi elektron satış saytlarının tətbiqlərini yükləməklə istənilən növ məhsulu sifariş etmək mümkündür.  Azərbaycanda da adlarını çəkdiyimiz saytlarla tərəfdaşlıq edən saytlar var. Onların işi nədən ibarətdir? Bu barədə araşdırma apardıq. 

Ölkəmizdə bu işlə məşğul olan şirkətlərdən biri də mover.az-dır. Biz də “Mover” MMC-yə getdik. Şirkətin baş ofisində olduğumuz müddətdə sifarişlərini götürməyə gələn insanların sayı, pandemiyadan öncə ilə fərqlənir. Azərbaycanda iri ticarət mərkəzlərinin bağlı olması onlayn alış-verişə təlabatı da yüksəldib.

Öncə sifarişini götürməyə gələn vətəndaşlarla söhbətləşdik.

Məhəmməd Qocayev deyir ki, istədiyi malları əsasən “Trendyol” vasitəsi ilə sifariş edir:

“İstədiyim məhsulu oradan sifariş edə bilirəm. Öncələr birbaşa sifariş edəndə gecikmələr olurdu. İndi isə “mover.az” saytı vasitəsi ilə işi daha da rahatlaşdırmaq mümkündür”.

Həmsöhbətimiz deyir ki, xaricdən əsasən elektron mallar sifariş verir:

“Baxırsan ki, xaricdə 1 manata, 2 manata olan qulaqcıq Azərbaycanda 10 manatdan yuxarı qiymətə satılır. Adicə bildiyimiz Çin istehsalı olan qol saatları, smart saatlar “AliExpress”də 5-10 dollara təklif edilirsə, o saatlar bizdə 80-100 AZN-ə satılır. Bundan əlavə, geyim məhsulları da sifariş vermək olur. Düzdür, paltarlarda elə ciddi fərq etmir. Həm də razmerlərə görə paltarlara üstünlük vermirəm”.

Daha bir sifarişçi Esmira Seyidova da dedi ki, sifarişlərini “Trendyol” vasitəsi ilə verir:

“Məsələ ondadır ki, bu kimi saytlardan birbaşa sifarişlər edəndə bir ay müddətində gəlib çatır. Amma “mover.az” həftə ərzində sifarişi təslim edə bilir. Ona görə indi bu saytdan istifadə etmək daha münasibdir. Daha oturub aylarla gözləmirsən”.

Bəs Azərbaycanda onlayn sifarişləri qəbuledən tərəfdaş şirkətlərin hansı imkanları var? Sifarişlər necə və neşəyə qəbul edilir? Çatdırılma qaydası necədir? Bu suallara “mover.az”-ın timsalında cavab almağa çalışdıq. 

Şirkətdən bildirdilər ki, “Mover” MMC express logistika şirkətidir. 2015-ci ildən bəri Azərbaycan bazarında fəaliyyət göstərən şirkət bu günə qədər 60 mindən çox fiziki şəxsin 3 milyondan artıq yükünü müxtəlif xarici ölkələrdən Azərbaycana gətirib. O cümlədən, ölkə daxilindəki ünvanlara əldən təslim edib:

“Şirkət Azərbaycan qanunvericiliyi ilə qadağan edilməmiş hər növ yüklərin xarici ölkələrdən Azərbaycana və Azərbaycan daxilində qapıya çatdırılması ilə məşğuldur. Ölkəxarici və ölkədaxili elektron ticarət platformalarından verilən sifarişlərin ünvana çatdırılmasını da həyata keçirən “Mover” MMC bugünə qədər yarım milyondan çox bağlamanı Azərbaycanın müxtəlif bölgələrindəki müştərilərinə təhvil verib. Mover MMC hazırda müştərilərinə elektron ticarət logistikası, anbar, havayolu karqo, dəniz daşımaçılığı, tarixi və sənət əsərlərinin, təhlükəli maddələrin və temperatur həssaslığı olan bağlamaların daşınması, qapıda təslim, onboard, alış-veriş köməkçisi və çarter xidmətlərini təklif edir. Mover MMC eyni zamanda yazışmalar, işgüzar sənədlər, şəkillər, bədii açıqcalar, reklam-məlumat çap materialları, sxemlər və əlyazmaların, həmçinin, dövri çap və poliqrafiya məhsulları kimi poçt daşımalarına daxil olan hər cür yüklərin göndərilməsini də həyata keçirir”.

Şirkətin təmsilçisinin dediyinə görə, Beynəlxalq Hava Nəqliyyatı Asossiasiyasının (İATA) Azərbaycandakı yeganə üzvü olan Mover MMC beynəlxalq aləmdə də özünəməxsus yerə sahibdir:

“Azərbaycanın 40-a yaxın şəhər və rayonunda 7 ofis və 50-dən çox Mover Məntəqələrinə sahib olan Mover MMC ölkədə bu sahədə ən böyük şəbəkəyə sahibdir və gündən günə böyüyür. Məqsədimiz ölkənin hər bir nöqtəsindəki müştərilər üçün əlçatan olmaq və onların məmnuniyyətini qazanmaqdır”.

Qeyd edək ki, bu şirkətin sifarişlərin çatdırma xərcləri ölkə və çəkiyə görə dəyişir:

Göründüyü kimi, artıq aylarla gözləməyə ehtiyac qalmır. Sadəcə, bu məsələdə etibarlı tərəfdaş tapmaq və onun fəaliyyəti barədə ətraflı məlumat əldə etmək tövsiyyə edilir. Ekspertlər də vurğulayırlar ki, bu məsələdə əsas amil məhz müştəri məmnunluğu və insanların etimadını qazana bilməkdir. 

 

Oxunma sayı 12679