OPEC+ neftin istehsal həcmlərinin azaldılmasını israr etməyəcək

10:35 07.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

OPEC+ ölkələri dekabrda baş tutacaq növbəti görüşdə neftin istehsal həcmlərinin azaldılmasını israr etməyəcək.

Hafta.az "Reuters"-ə istinadən verdiyi məlumata görə, OPEC üzvləri və onların müttəfiqləri hazırkı istehsal hədəflərini qoruyub saxlamaq və təşkilatın üzvlərini OPEC+ sazişi çərçivəsində öhdəliklərini daha yaxşı yerinə yetirməyə çağıracaq.

Qeyd edək ki, oktyabr ayında dünya mediası OPEC+ ölkələrinin dekabr iclasının bir hissəsi olaraq, 2020-ci ildə tələbat zəif artmasından qorxduqları üçün neft hasilatının bir qədər də azaldılmasını nəzərdən keçirəcəyini bildirib.

Siyasət rubrikasından digər xəbərlər