Oqtay Gülalıyevi Türkiyəyə aparan təyyarə yola düşüb

11:07 06.11.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Hüquq müdafiəçisi Oqtay Gülalıyevi Türkiyəyə aparan təyyarə yola düşüb.

Hafta.az xəbər verir ki, O.Gülalıyev təcili tibbi yardım avtomobili ilə Neyrocərrahiyyə Xəstəxanasından Heydər Əliyev Beynəlxalq Hava limanına gətirilib.

Hüquq müdafiəçisi xüsusi ambulans təyyarə ilə İstanbula yola salınıb.

Qeyd edək ki, O.Gülalıyevin müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə İstanbulda davam etdiriləcək.