Oskar Əfəndiyev 12 ünvanındakı bina sakinlərinin müraciəti həll edildi

14:06 25.03.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Bütün bəşəriyyəti caynağına alan  koronavirusa (Kovid-19) qarşı ölkəmizdə ciddi tədbirlər görülür. Ölkə başçısının tapşırıq və sərəncamları, eləcə də Nazirlər Kabinetinin qərarları yerlərdə yetərincə icra olunur, bütün obyektlərdə və eləcə də yaşayış binalarında bu xəstəliyin yayılamaması üçün dezinfeksiya işləri aparılır.

Təəssüflər olsun ki, paytaxda elə yaşayış binaları var ki, hələ də dezinfeksiya işləri aparılmayıb. Buna misal olaraq  Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi 12 saylı yaşayış binasını göstərmək olar.

Sözügeüdən binanın sakinləri “Həftə içi”nə müraciət edərək bildirdilər ki, aradan bu qədər vaxt keçib. Hələ də aidiyyatı qurumlar gəlib onlar yaşayan binada dezinfeksiya işləri aparmayıblar:

”Bu haqda  dəfələrlə ərazinin təmizliyi ilə məşğul olan 81 saylı Mənzil Kommunal İstismar Sahəsinə müraciət etmişik. Adıçəkilən qurumdan bizə vəd verirdilər ki, gəlib binanızı dezinfeksuya edəcəklər. Hələ də yaşadığımız 5 mərtəbəli binada dezinfeksiya işləri aparılmayıb".

Sakinlərin müraci ilə bağlı Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Oruc Əhmədovla əlaqə saxladıq.

O.Əhmədovun məsələyə müdaxiləsindən sonra 81 saylı MKİS-nin rəisi Çingiz Məmmədovun birbaşa iştirakı ilə 12 saylı yaşayış binasında dezinfeksiya işləri aparıldı.  Sakinlər aparılan  dezinfeksiya və  işlərinə görə Sabunçu rayon MKTB-nin rəisi Oruc Əhmədova və bu işləri aparan şəxslərə, eləcə də “Həftə içi” qəzetinə minnətdarlıqlarını bildirdilər.

Sosial rubrikasından digər xəbərlər