Oskar Əfəndiyev küçəsindəki nasosxana təhlükə mənbəyidir

19:04 17.07.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 12 saylı 4 bloklu yaşayış binasının sakinləri redaksiyamıza şikayət məktubu ünvanlayıblar.

Sakinlərin sözlərinə görə binanın ön həyətində su nasosxanası mövcuddur. Üstüörtülü balaca köşkü xatırladan nasosxanadakı ana xətdən mənzillərə  nazik plastik borularla su xətləri çəkilib. Həmin sınan xətlərdən hər gün fasiləsiz olaraq nasosxanaya içməli su axır. İçərisi məişət tillantıları və çirkab sularla dolu olan nasosxana antisanitar şəraitdədir. Ana su xətti və mənzillərə gedən su boruları artıq çirkab suyun içində qalıb. Sakinlər bildirir ki, boruların axıdan yerlərindən çirkab sular mənzillərə daxil ola bilər. Bu da sakinlərin həyatı üçün çox təhlükəlidir .

Sakinlər problemin həlli üçün müvafiq qurumların onlara dəstək verməsini istəyirlər.