Ötən ay sosial təminat növləri üzrə 2 milyon 300 min şəxsə ödəniş edilib - Nazirlik 

16:41 06.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayında ümumilikdə 2 milyon 300 min şəxsə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib.

Nazirlikdən hafta.az-a bildirilib ki, onlardan 1 milyon 260 min nəfərinə pensiya, 423 min nəfərinə müavinət, 298 min nəfərinə təqaüd,  350 min nəfərinə (85 min ailə) ünvanlı dövlət sosial yardımı ödənilib.

İyul ayında qeyd edilən sosial təminat növləri üzrə ödəniş alanların sayı 2019-cu ilin iyul ayı ilə müqayisədə 3,3% və ya 73 min nəfər çox olub.

Həmçinin ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların  maliyyələşdirilməsinə 2019-cu ilin iyul ayına nisbətən 24,1% və ya 91 milyon manat çox  olmaqla  468 milyon manat vəsait yönəldilib. 

Oxunma sayı 999