Ötən gün qəzada ölənlərdən biri tələbədir 

13:00 17.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünən respublika yollarında qeydə alınan qəzada ölənlərdən biri tələbədir.

 

Hafta.az-ın məlumatına görə, Hüseynov Kazım Vəfadar oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə fakültəsinin “Biznesin idarə edilməsi “ ixtisası üzrə IV kurs tələbəsidir. Şəmkir rayonu Çaparlı kənd sakini Hüseynov Kazım Vəfadar oğlu dünən axşam saatlarında avtoqəzada həlak olub.

 

Təhsil aldığı universitet, onun valideynlərinə, qohumlarına, yaxınlarına, tələbə yoldaşlarına, müəllimlərinə dərin hüznlə başsağlığı verir.

 

Allah rəhmət etsin !