“Sahə“nin “Ən yaxşı kişi aktyor“u

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Nərimanfilm“ kinostudiyasının istehsalı olan “Sahə“ bədii filmində baş rolun ifaçısı Zaza Bejaşvili VI Beynəlxalq Kipr Kino Festivalında “Ən yaxşı kişi aktyor“ nominasiyasında “Golden Aphrodite“ mükafatına layiq görülüb. Festival sentyabrın 30-dan oktyabrın 16-na qədər Kiprdə keçirilib. Festivalın proqramına komediyalar, sənədli filmlər, idman haqqında filmlər, uşaq filmləri və rəqs filmləri daxil olub. “Sahə“ bədii filmi (rejissor İlqar Safat) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır. Film “Nərimanfilm“ (Azərbaycan), “Georgianfilm“ və “Bagira Films“ (Gürcüstan) studiyalarının müştərək istehsalı olub, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə çəkilib. Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa ediblər.


Oxunma sayı 126