Ötən il İraqdan 194 uşaq Azərbaycana gətirilib

12:42 25.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-ci ildə 127 588 min doğumun dövlət qeydiyyatı aparılıb.

Hafta.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda mətbuat konfransında  bildirib.

R.Kərimovanın sözlərinə görə, doğumun evlərində səyyar qaydada 1401 uşağın doğumu dövlət qeydiyyatına alınıb.

Nazirlik rəsmisi təəssüflə qeyd edib ki, hələ də kənd və qəsəbələrdə doğumu dövlət qeydiyyatına alınmayan uşaqlar var:

“1312 belə uşaq aşkar olunub, onlardan 1205 nəfərinin qeydiyyatı təmin edilib, qalanlarına hüquqi yardım göstərilib”.

 

R.Kərimova həmçinin deyib ki, İraq xəstəxanlarından və uşaq evlərindən gətirilən 194 uşaqdan 83-nün doğumu dövlət qeydiyyatına alınıb.

Oxunma sayı 357