Azərbaycanın birinci xanımı bir sıra görüşlər keçirib

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
AzƏrbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban xanım Əliyeva bazar ertəsi Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak edən Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov ilə görüşüb. Trend-in məlumatına görə, Bolqarıstanın sabiq Prezidentini salamlayan Mehriban xanım Əliyeva Bakı Beynəlxalq Humanitar Forumunun mədəni əlaqlərin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib. Birinci xanım Mehriban Əliyeva Azərbaycan-Bolqarıstan əlaqələrindən danışaraq, ümummilli lider Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verdi. Qonaqpərvərliyə görə, minnətdarlığını bildirən Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini qeyd etdi və gündən-günə inkişaf edən paytaxtımızın belə mötəbər tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndirdi. O, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin önəmini vurğuladı, Fonda gələcək fəaliyyətində uğurlar arzuladı. Azərbaycanın birinci xanımı sonra Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak edən dünya şöhrətli alim, akademik, “Oçevidnoye-neveroyatnoye“ televerilişinin aparıcısı Sergey Kapitsa ilə görüşüb. Görkəmli alimi Azərbaycanda salamlayan Mehriban xanım Əliyeva Sergey Kapitsanın Beynəlxalq Humanitar Forumda iştirakından məmnun olduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti Azərbaycan-Rusiya əlaqələrindən danışaraq, Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verdi. Mehriban xanım Əliyeva Fondun Rusiyadakı nümayəndəliyinin fəaliyyətinə toxunaraq, həyata keçirilən birgə layihələrin ölkələrimiz arasında dostluq münasibətlərini daha da möhkəmləndirdiyini dedi. Bakıya səfərindən məmnun olduğunu deyən Sergey Kapitsa paytaxtımızda aparılan geniş abadlıq-quruculuq işlərinə heyran qaldığını bildirdi. O, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayaraq, Fondun ali məqsədlərə xidmət etdiyini diqqətə çatdırdı. Qonaq Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun ölkələr və xalqlararası qarşılıqlı dialoqa layiqli töhfə verəcəyinə əminliyini ifadə etdi.

Dağlıq Qarabağın Azərbaycan İcması Rusiyada görüş keçirəcək

Yaxın günlərdə Dağlıq Qarabağın Azərbaycan İcması Rusiyada münaqişənin obyektiv tanıdılması məqsədilə görüş keçirəcək. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib. Onun sözlərinə görə, hazırda görüşlə bağlı hazırlıq işləri aparılır. P.Bülbüloğlu ATƏT-in Minsk Qrupu həmsədri olan ölkələrdə, o cümlədən Rusiyada bu kimi görüşlərin keçirilməsinin vacibliyini bildirib. “Hazırda biz Moskvada belə görüşün keçirilməsini hazırlayırıq. Mən bu yaxınlarda sözügedən görüşə hazırlıq işlərinin aparılması ilə bağlı tapşırıq vermişəm“, - deyə səfir vurğulayıb. O, bu kimi görüşlərin Avropa ölkələrində də təşkil olunmasının nəzərdə tutulduğunu deyib. “Bu görüşlər “xalq diplomatiyası“ çərçivəsində deyil, Dağlıq Qarabağın Azərbaycan İcmasının təşəbbüsü ilə təşkil olunacaq. Görüşün məqsədi Dağlıq Qarabağın Azərbaycan İcmasının daha fəal addımlar atması və onun tanıdılmasıdır“, - deyə o əlavə edib.
Azad
Oxunma sayı 83