Ötən il Azərbaycanda 3106 əkiz, 117 üçəm, 4 dördəm doğulub

11:00 23.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 116 min 454 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib.

Dövlət Statistika Komitəsindən hafta.az-a verilən məlumata görə, doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrin 3106-sı əkiz, 117-si üçəm, dördü isə dördəmdir.

Ötən ilin on bir ayı ərzində ölkədə 61 min 147 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,7 təşkil edib.

Oxunma sayı 284