Özəl sektorun məcburi köçkünlər üçün inşa edilən layihələrdə iştirak qaydaları açıqlandı

12:10 10.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"İki gün öncə Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak etdi. Orada 1300 ailə məskunlaşdırılacaq. Həmin mənzillərdə özəl sektor tərəfindən mətbəx mebelləri qoyulur. Soyuducalar hədiyyə olunur. Yəni özəl sektor tərəfindən inşa edilən mənzillərdə qayda belədir. Dövlət Komitəsi tərəfindən isə tikilən mənzillərə mətbəx avadanlıqları verilir. Hazırda bu istiqamətdə püşkatma mərhələsinə başlanılıb. Mənzillər isə ailə sayına uyğun olaraq bölüşdürülür".

Hafta.az-ın əməkdşının verdiyi xəbərə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında deyib. Dövlət Komitəsinin sədri 2020-ci ildə görüləcək işlərdən danışıb: "Gələn il üçün təkliflərimiz hazırlanıb. Harada nə tikiləcəksə bu barədə müvafiq işlər görüləcək. Hələ ki, bununla bağlı ali rəhbərliyə məruzə olunacaq. Büdcəyə uyğun olaraq tikinti işlərinə başlanılacaq".