“Pakistan qardaş Azərbaycan xalqının yanındadır“ - XİN

20:36 27.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistan Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən dərin narahatlıq hissi keçirir.

Bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin dinc əhalisini intensiv atəşə tutması qınaq hissi doğurur və acınacaqlıdır. Bu hərəkətlər bütün bölgənin sülh və təhlükəsizliyini təhlükə altına ala bilər. Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün döyüş əməliyyatlarına son qoymalıdır".

Bəyanatda vurğylanır ki, Pakistan qardaş Azərbaycan xalqını və onun özünümüdafiə hüququnu dəstəkləyir: "Biz Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamələrə cavab verən mövqeyini dəstəkləyirik".

 

Oxunma sayı 502
Siyasət rubrikasından digər xəbərlər