Pakistan Senatı Ermənistanın təcavüzünü pislədi

21:28 30.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistan Senatının iqtidar və müxalifət partiyaları qruplarının rəhbərləri və digər senatorlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki obyektlərinə və hərbi mövqelərinə təxribatı və təcavüzü kəskin şəkildə pislənilir.

Hafta.az xəbər verir ki, bu barədə Pakistan Senatının "Tvitter" hesabında məlumat paylaşılıb.

Məlumatda deyilir:

“Biz Azərbaycanın öz ərazi bütövlüyünü və xalqını qorumaq hüququnu, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Dağlıq Qarabağla bağlı haqlı mövqeyini tam şəkildə dəstəkləyirik. Beynəlxalq ictimaiyyət və BMT prosesə müdaxilə etməli, Ermənistanın regional sülhə və təhlükəsizliyə qarşı təhdidini dayandırmalıdır. Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından və Dağlıq Qarabağdan dərhal çıxarılmalı, münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində uyğun olaraq öz həllini tapmalıdır”.

Pakistan Senatında iqtidar partiyasından olan senatorlar qrupunun rəhbəri Şahzad Vasim Azərbaycanın ərazilərinə ermənilər tərəfindən edilən və itkilərə yol açan mənfur hücumu şiddətlə qınayıb, Qarabağ məsələsində ölkəmizin ədalətli mövqeyini dəstəkləyib.

Senator Sehar Kamran bu çətin günlərdə Azərbaycan xalqının yanında olduğunu bildirib. Təmas xətti boyunca Ermənistan qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin hədəfə alınmaqla BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunu qeyd edib. O, münaqişənin beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təsirləri ola biləcəyini nəzərə alaraq, hərbi qarşıdurmanın qarşısının alınmasının vacibliyini vurğulayıb.

Pakistan Senatında müxalifət partiyasından olan senatorlar qrupunun rəhbəri Raca Məhəmməd Zəfər-ül-Haq tərəfindən Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadəyə ünvanlanan məktubda isə deyilir:

“Azərbaycan rəhbərliyinin bütün səylərinə baxmayaraq, Dağlıq Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməməsi ciddi narahatlıq doğurur. Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı tamamilə qanunsuz və hüquqaziddir. Bu münaqişə BMT Təhlükəsizlik Şurasının etinasızlığının nəticəsidir. Pakistan xalqı Azərbaycanın münaqişə ilə bağlı mövqeyini tam dəstəkləyir”.

Oxunma sayı 599
Siyasət rubrikasından digər xəbərlər